Rejissor Ridli Skott “Total Film” jurnalına müsahibəsində "Qladiator" filminin davamının 23 il sonra çəkilməsinə aydınlıq gətirib.
Kulis.az xəbər verir ki, rejissor bu illər ərzində yaxşı ssenari olmadığını bildirib.
"Əvvəllər yaxşı ssenari yox idi. Əslində, biz 4 il əvvəl bir ssenarini sınamışdıq və çox yaxşı yazıçılardan biri ilə işləyirdim. Təəssüf ki, o, bunu sona çatdırmağı bacarmadı".
- Haluk Bilginer Ancelina Coli ilə eyni filmdə oynayacaq
- Afaq Məsud Rusiyada akademiyaüzvü seçildi
- Qadın organlarının sərgisi – Türkan Urmulunun şeirləri
Onun sözlərinə görə, “Qladiator2”nin ssenarisini yazmaq üçün ssenaristə 10 ay lazım olub.
Qeyd edək ki, "Qladiator 2-nin süjeti ilə bağlı təfərrüatlar hələ açıqlanmayıb.