“Gilqameş” operasının dünya premyerası keçirilib

“Gilqameş” operasının dünya premyerası keçirilib
26 may 2025
# 11:20

16-cı Beynəlxalq İstanbul Opera və Balet Festivalında İstanbul Dövlət Opera və Baletinin səhnələşdirdiyi “Gilqameş”in dünya premyerası keçirilib.

Kulis.az xəbər verir ki, Dövlət Opera və Baleti baş direktoru Tan Sağtürk Atatürk Mədəniyyət Mərkəzində təşkil edilən nümayişdən əvvəl verdiyi açıqlamada mövsüm boyu tamaşaçı rekordu qırdıqlarını söyləyib.

Caner Akının rəhbərliyi ilə səhnələşdirilən əsərdə orkestr İbrahim Yazıcı, xor isə Volkan Akkoç tərəfindən idarə olunub.

Əsərin quruluşçu rəssamı Efter Tunç, geyim dizaynı Gizem Betil, işıq dizaynı Cem Yılmazer, video dizaynı Aişə Hacıyeva, xoreoqrafiyası isə Dəniz Özaydın tərəfindən hazırlanıb.

Qeyd edək ki, əsər mayın 20-də Atatürk Mədəniyyət Mərkəzində yenidən sənətsevərlərlə görüşəcək.

# 252 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #