Gənclər Kitabxanası Asəf Zeynallının xatirəsinə həsr olunan material hazırladı

Gənclər Kitabxanası  Asəf Zeynallının xatirəsinə həsr olunan material hazırladı
5 aprel 2024
# 11:00

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında milli romans janrının müəllifi, bəstəkar Asəf Zeynallının 115 illiyi ilə əlaqədar “Musiqi dolu ömür” adlı videomaterial hazırlanıb.

Kulis.az xəbər verir ki, materialda bəstəkarın həyat və yaradıcılıq yolu, onun musiqi tariximizdə bir sıra janr və istiqamətlərin yaradıcısı olduğu, öz əsərləri ilə milli pianoçuluq məktəbinin inkişafına böyük təsir göstərdiyi və xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar yer alıb.

Qeyd edək ki, videomaterialda onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Seyran” kimi romanslarının milli vokal musiqimizin inciləri kimi tanınması, Azərbaycanda uşaq musiqi ədəbiyyatının ilk nümunələrini yaratdığı, 70-ə yaxın xalq mahnılarını nota alması təqdim olunub.

# 608 dəfə oxunub

Müəllifin son yazıları

# # #