Gənclər Günü ilə bağlı virtual sərgi təqdim olundu

Gənclər Günü ilə bağlı virtual sərgi təqdim olundu
1 fevral 2025
# 11:02

Milli Kitabxanada “2 Fevral – Gənclər Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, virtual sərgidə rəsmi sənədlər, dövlətin gənclər siyasəti, gənclərdə milli ruh, COP29-a töhfə verən könüllü Azərbaycan gəncləri, ən böyük gənclər festivalı "Yay Fest", Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi və s. haqqında dövri mətbuatda çap olunan məqalələr, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında rolundan bəhs edən və Milli Kitabxananın fondunda mühafizə olunan Azərbaycan və xarici dillərində ədəbiyyatlar nümayiş olunur.

Qeyd olunub ki, əlamətdar tarix gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

# 64 dəfə oxunub

Müəllifin son yazıları

# # #