Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin olundu

Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin olundu
23 noyabr 2023
# 16:50

Gəncə Dövlət Filarmoniyasına direktor təyinatı olub.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Əməkdar artist, opera müğənnisi, dirijor Ramil Adıgözəl oğlu Qasımov Gəncə Dövlət Filarmoniyasının direktoru təyin olunub.

Xatırladaq ki, R.Qasımov 2015-ci ildən Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının direktoru olub. 2020–2022-ci illərdə isə Heydər Əliyev Sarayının direktoru vəzifəsində çalışıb.

# 1315 dəfə oxunub

Müəllifin son yazıları

# # #