Gənc yazıçının vəziyyəti ağırdır - Açıqlama

Gənc yazıçının vəziyyəti ağırdır - Açıqlama
7 may 2024
# 14:30

Gənc yazıçı Murad Muradov mayın 6-sı saat 07:50 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə gətirilib.

Kulis.az xəbər verir ki, xəstəyə sol orta beyin arteriyasinda işemik insult, sağ tərəfli dərin hemiparez, qıcolma sindromu diaqnozu təyin edilib.

Zəruri müayinələr aparıldıqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda xəstənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir və vəziyyəti ağır olaraq qiymətləndirilir.

# 1090 dəfə oxunub

Müəllifin son yazıları

# # #