Gənc yazarın yeni kitabı çap olundu

Gənc yazarın yeni kitabı çap olundu
29 iyul 2021
# 13:30

Vüqar Babazadənin "Arxalardakılar" adlı yeni romanı çap olunub.

Kulis.az xəbər verir ki, müəllifin sayca ikinci kitabı olan roman Qanun nəşriyyatında çap olunub.

Romanın annotasiyasını təqdim edirik.

“Arxalardakılar” romanı ruhi xəstəxanada işləyən və həyatını yalanlar üzərində inşa edən bir həkimin başına gələn qəribəliklərdən bəhs edir. Baş qəhrəmanın arzular dolanbacında yolunu azması, müəmmalı qətl hadisəsi əsərin əsas mövzusudur. Yazıçı cavab axtarışındadır: Əsl kimliyimiz hansıdır? Kimə inanaq? Arxamızı çevirdiklərimizə, ya arxası bizə çevrilənlərə?

# 558 dəfə oxunub

Müəllifin son yazıları

# # #