Gənc yazarın yeni kitabı çap olundu

Orxan Həsəni, yazar

Orxan Həsəni, yazar

8 noyabr 2021
# 11:20

Gənc yazar Orxan Həsəninin “Vətən sizə minnətdardır!” adlı yeni kitabı nəşr olunub.

Müəllifin Kulis.az-a verdiyi məlumata görə, kitabda 10 nəfər vətən müharibəsi şəhidinin həyatı və döyüş yolu, şəhid ailələrindən alınan müsahibələr və yazıçının öz düşüncələri yer alır.

Qeyd edək ki, kitabın təqdimat mərasimi bu gün Xocavənd rayon Şəhidlər xiyabanında saat 10:00-da baş tutub.


# 4898 dəfə oxunub

Müəllifin son yazıları

# # #