Gənc Tamaşaçılar Teatrı "Körpü" festivalında iştirak edəcək

Gənc Tamaşaçılar Teatrı "Körpü"  festivalında iştirak edəcək
2 oktyabr 2023
# 14:54

Gənc Tamaşaçılar Teatrı oktyabrın 2-də Almaniyanın Hannover şəhərində keçiriləcək "Körpü" Beynəlxalq festivalında iştirak edəcək.

Kulis.az xəbər verir ki, teatr festivalda Xalq artisti İrina Perlovanın quruluşunda Alman yazıçısı Patrik Züskindin "Kontrabas" pyesi əsasında hazırlanan eyniadlı monotamaşa ilə çıxış edəcək.

Bir hissəli səhnə əsərində kontrabasçı rolunu Əməkdar artist Şövqi Hüseynov canlandıracaq.

Ensiklopedik biliklərə malik kontrabasçı həyatda çox sadə mövqe sahibidir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. Bu zaman özü-özü üçün qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki, bəlkə bunun nəticəsində məşhur ulduzla ünsiyyətdə olmaq imkanı yarandı.

Xatırladaq ki, "Kontrabas" tamaşası bir çox beynəlxalq festivallarda müxtəlif nüfuzlu mükafatlara layiq görülüb.

# 961 dəfə oxunub

Müəllifin son yazıları

# # #