Gənc şairin ilk kitabı çap olundu

Gənc şairin ilk kitabı çap olundu
11 fevral 2022
# 11:00

Gənc şair Elvin İntiqamoğlunun "On dördüncü zılgül" adlı ilk kitabı çapdan çıxıb.

Müəllifin Kulis.az-a verdiyi məlumata görə, kitabda E. İntiqamoğlunun tələbəlik illərindən bu günəcən yazdığı "seçilmiş şeirlər" toplanılıb.

"On dördüncü qızılgül" dörd rubrikanı ("Seçmə şeirlər", "Təkbəndli şeirlər", "Bayatılar", "Ədəbiyyatçıların və ədiblərin qeydləri") özündə birləşdirir.

Şeirlərin altında çap olunduğu mətbu orqan (və ya mətbu orqanlar) göstərilib.

"On dördüncü qızılgül" "Qanun" nəşriyyatı tərəfindən 300 tirajla çap olunub.

Kitabın ön söz müəllifi xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı; redaktoru şair Emin Piridir.

# 1543 dəfə oxunub

Müəllifin son yazıları

# # #