Gənc müğənnimiz beynəlxalq müsabiqənin onluğunda

Nadir Rüstəmli, gənc müğənni

Nadir Rüstəmli, gənc müğənni

1 dekabr 2021
# 16:30

Gənc müğənni Nadir Rüstəmlinin ifası beynəlxalq “The Voice Global” layihəsinin aylıq siyahısında təqdim olunub.

Kulis.az xəbər verir ki, azərbaycanlı gənc müğənni Nadir Rüstəmlinin İctimai TV-də yayımlanan “Səs Azərbaycan” müsabiqəsindəki ifası “The Voice Global”ın aylıq siyahısında yer alıb. “The Voice Global” yutub kanalı hər ay müxtəlif ölkələrdə keçirilən “Səs” müsabiqələrinin ən yaxşı iştirakçılarının siyahısını təqdim edir. Nadir Rüstəmli Sam Smittin “Writing’s on the wall” mahnısını ifa edib.

# 2089 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #