Kulis.az Zülfüqar Rüfətoğlunun "Gecəyarı qapıları döyməyin!" şeirini təqdim edir.
Gecəyarı qapıları döyməyin,
Ürək var ki, tıqqıltıya dayanar.
Gecəyarı qapıları döyməyin,
Yetim var ki, möcüzəyə inanar.
Gecəyarı qapıları döyməyin,
Ata var ki, yuxu bilməz həsrəti
Ana var ki, namaz üstə yaşayır
Oğul var ki, başa çatıb xidməti.
- Dəli - HEKAYƏ
- Gəncə Dövlət Filarmoniyasında “Musiqi kimliyimiz” layihəsi baş tutdu
- Əvvəl alın-alına, sonra dodaq-dodağa... - İlham Qəhrəmandan yeni şeirlər
Gecəyarı qapıları döyməyin,
Bir möcüzə saxlayıbsa sizi sağ,
Bu dünyadır, vallah- billah bilinməz
Qapı açıb, kim qarşıya çıxacaq?
Gecəyarı qapıları döyməyin,
Haradasa “Ev yiyəsi!”- deyən var,
Gecəyarı evinizə tələsin,
- Bəlkə sizin qapını da döyən var.