Əfsanəvi qrupun mahnısı hərracda 12 min dollara satıldı

Əfsanəvi qrupun mahnısı hərracda 12 min dollara satıldı
21 may 2020
# 13:20

“The Beatles” qrupunun keçmiş üzvləri Pol Makkartni və Ringo Starrın kasetə yazılan və heç yerdə səsləndirilməyən “Angel in Disguise” mahnısı hərracda 12.5 min dollara satılıb.

Bu barədə “The Beatles” qrupunun vətəni sayılan Nüton-le-Uillous şəhərində (İngiltərə) yerləşən “Omega Auctions” ticarət evi məlumat yayıb.

Kompozisiyanın müəllifi Pol Makkartni olub. O, bu mahnını Ringo Starrın “Time takes time” (1992) adlı solo albomu üçün qrupun keçmiş zərbçisi ilə birgə yazıb. Ancaq Ringo Starr mahnını məqbul saymadığı üçün alboma daxil etməyib.

Hərrac evinin direktoru Pol Feyruezerin sözlərinə görə, əvvəllər demək olar ki, heç kim bu mahnını eşitməyib və hələ də yayımlanmamış qalır, baxmayaraq ki, kompozisiya keçmiş Beatles pərəstişkarları arasında hit ola bilər. /azertag.az/

# 1841 dəfə oxunub

Müəllifin son yazıları

# # #