Əfsanəvi filmə qadağa qoyuldu

Əfsanəvi filmə qadağa qoyuldu
12 iyun 2020
# 10:29

"Küləklə sovrulanlar” filminə qadağa qoyuldu.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, Amerika rejissoru Viktor Fleminq tərəfindən ekranlaşdırılmış və böyük tamaşaçı sevgisi qazanmış “Küləklə sovrulanlar” filmi irqçilik və köləlik təsvirləri səbəbi ilə HBO Max rəqəmsal serial və film izləmə platforması tərəfindən müəyyən olunmuş siyahıdan çıxarılıb.

Şirkət rəsmiləri qeyd ediblər ki, bu cür irqçi təsvirlər şirkətin dəyərlərinə tamamilə zidd olduğundan filmin yayımlanmasına qadağa qoyulub.

Film Amerika yazıçısı Marqaret Mitçellin eyni adlı romanı əsasında 1939-cu ildə ekranlaşdırılıb.

# 3100 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #