Frida Kalonun avtoportreti hərracda 60 milyon dollara satıla bilər

Frida Kalonun avtoportreti hərracda 60 milyon dollara satıla bilər
20 sentyabr 2025
# 10:10

Məşhur meksikalı rəssam Frida Kalonun 1940-cı ildə çəkdiyi “El sueño (La cama)” adlı avtoportreti "Sotheby’s" hərracında satışa çıxarılıb.

Kulis.az xəbər verir ki, əsərin qiymətinin 60 milyon dollara qədər yüksələcəyi gözlənilir. Belə olacağı təqdirdə, həmin əsər qadın sənətçinin ən bahalı tablosu sayılacaq.

Tablo, rəssamın psixoloji və simvolik baxımdan ən önəmli işlərindən biri hesab olunur.

Qeyd edək ki, əsər satışdan əvvəl bir neçə böyük şəhərdə nümayiş olunacaq və Nyu-Yorkda keçiriləcək hərracın əsas əsəri olacaq.

# 136 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər