Freddi Merkyurinin gizli qalmış mahnısı yayımlanacaq

Freddi Merkyuri, müğənni

Freddi Merkyuri, müğənni

10 iyun 2022
# 12:40

"Queen" qrupunun mərhum əfsanəvi solisti Freddi Merkyurinin indiyə qədər eşidilməmiş mahnısı yayımlanacaq.

Kulis.az xəbər verir ki, bu barədə qrupun üzvləri Brayan Mey və Rocer Teylor bildiriblər.

Onların sözlərinə görə, mahnı "Face It Alone" adlanır.

Mahnı qrupun 1989-cu ildə buraxılmış 13-cü studiya albomu "The Miracle" üçün sessiyalardan götürülüb. Bundan iki il sonra Merkyuri vəfat edib.

Qrup üzvləri mahnının sentyabrda musiqisevərlərə təqdim olunacağını bildiriblər.

"Biz dəfələrlə bu mahnıya baxdıq və düşündük ki, yox, biz onu xilas edə bilmərik. Amma əslində yenidən cəhd etdik. Bu parçaları bir-birinə tikmək kimidir... Amma gözəldir. Bu, təsirlidir", - deyə Mey bildirib.

# 1315 dəfə oxunub

Müəllifin son yazıları

# # #