“Fransa kinosu günləri”nin son nümayişi keçirilib

“Fransa kinosu günləri”nin son nümayişi keçirilib
9 may 2025
# 12:10

“Azərbaycan” “CineMastercard”da Azərbaycan Kinematoqrafçılar İttifaqının, Fransız İnstitutunun və Fransanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə “Fransa kinosu günləri”nin sonuncu nümayişi baş tutub.

Kulis.az xəbər verir ki, tamaşaçılara Jorj Franjünun “Simasız gözlər” bədii filmi təqdim edilib.

Tədbiri giriş sözü ilə açan moderator, kinotənqdiçi Sevda Sultanova Fransa kinosu günlərinə görə təşkilatçılara təşəkkürünü bildirib. O, səhnəyə Azərbaycan Fransız İnstitutunun direktoru Şarl Dönyeni və AKİ-nin İdarə Heyətinin üzvü Oleq Səfərəliyevi dəvət edib.

Şarl Dönye öncə tamaşaçıları salamlayıb və gəldiklərinə görə təşəkkür edib.

Daha sonra AKİ-nin iki xanım əməkdaşına Fransa səfirliyi tərəfindən gül dəstələri təqdim olunub.

Qeyd edək ki, Fransa kinosu günləri çərçivəsində əvvəlki həftələrdə “Pişiklər”, “Qraf Monte Kristo”, “Əlvida, uşaqlar” filmləri nümayiş olunub.

# 97 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #