"Fokus" jurnalı yenidən nəşr olunacaq

"Fokus" jurnalı

"Fokus" jurnalı

30 dekabr 2021
# 11:30

Azərbaycan Kinematoqrafçılar İttifaqı Gənc Film İstehsalçıları Assosiasiyasının nəşri olan “Fokus” analitik kino jurnalı yanvar ayında yenidən dərc olunacaq.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib

Bildirilib ki, Assosiasiya ilə bağlanan müqaviləyə əsasən, nazirlik jurnalın növbəti 4 nömrəsinin nəşrini maliyyələşdirəcək.

Yanvar ayının ortalarında işıq üzü görəcək jurnalın konsepti olduğu kimi qalacaq.

Qeyd edək ki, kino jurnalı 2009-2012-ci illərdə fasilələrlə nəşr olunub.

# 1433 dəfə oxunub

Müəllifin son yazıları

# # #