Flora Kərimova: "Deyirəm ki, əl çəkin, buraxın gedim"

Flora Kərimova:  "Deyirəm ki, əl çəkin, buraxın gedim"
30 dekabr 2025
# 14:00

Xalq artisti Flora Kərimova səhhətində yaranan problemlərdən söz açıb.

Kulis.az xəbər verir ki, “Xəzər axşamı” proqramında səhhəti ilə bağlı açıqlama verən sənətçi ürək problemlərindən əziyyət çəkdiyini bildirib.

Müğənni qeyd edib ki, həkim nəzarəti altındadır və müalicə alır:

"Yaxşı deyiləm, ürəyimdən əziyyət çəkirəm. Gözəl həkimlər var, məni ölməyə qoymurlar. Hərdən deyirəm ki, əl çəkin, buraxın gedim. Amma görürəm alınmır, həyat şirindir. Həyat üçün əldən getmirəm. Yaşadıqca düşünürsən ki, bunu da edim".

# 111 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər