Fironun qızıl bilərziyi oğurlandı

Fironun qızıl bilərziyi oğurlandı
23 sentyabr 2025
# 11:10

Misir fironu Amenemopetə (e.ə. 993–984) məxsus qızıl bilərzik Qahirə Muzeyindən oğurlanıb.

Kulis.az xəbər verir ki, bu barədə "NBC News" nəşriyyatı məlumat yayıb.

Misir hüquq - mühafizə orqanlarından bildirilib ki, muzeydə işləyən bərpaçı əməkdaş oğurluqda şübhəli bilinir.

O, qədim bilərziyi əvvəlcə tanış bir gümüş tacirinə təklif edib. Tacir isə onu 3735 dollara zərgərə satıb.

Daha sonra bilərzik 4025 dollara bir qızıləritmə zavodu əməkdaşına ötürülüb və nadir tarixi əşya əridilib.

Qeyd edək ki, bilərzik “Fironların xəzinəsi” adlı sərgi üçün İtaliyaya göndərilməsi planlaşdırılan artefaktlar arasında olub.

# 64 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər