Filmimiz beynəlxalq festivalın qalibi oldu

Elmar İmanov. rejissor

Elmar İmanov. rejissor

14 dekabr 2021
# 17:45

Azərbaycanlı rejissor Elmar İmanovun filmi beynəlxalq festivalda qalib oldu.

Kulis.az xəbər verir ki, Elmar İmanovun "Otarın ölümü" filmi Tbilisi Beynəlxalq Film Festivalının Milli müsabiqəsinin "Ən yaxşı bədii film" nominasiyasında qalibi olub.

Buna qədər film Karlovı Varı Beynəlxalq Film Festivalının "Qərbdən şərqə" proqramında Fedora Awards mükafatına layiq görülüb. Film Gürcüstan, Almaniya, Litva kinematoqrafçılarının birgə istehsalıdır.

# 1731 dəfə oxunub

Müəllifin son yazıları

# # #