"Şuşaya və Füzuliyə getmişəm. İnşallah, doğulduğum Xankəndiyə - Həsənabad kəndinə də gedəcəm, torpaqlarımızı öpüb, gözümə qoyacağam".
Kulis.az xəbər verir ki, bunu Xalq artisti Fəxrəddin Manafov "Sabahın xeyir, Azərbaycan" proqramında deyib.
"Xoşbəxtəm ki, 68 yaşımda baş verənlərin şahidiyəm. Xoşbəxtəm ki, dünya miqyasında tanınan müzəffər Ali Baş Komandanımız var. Xoşbəxtəm ki, belə güclü ordumuz və arxamızda böyük Türkiyə var..."