Li Yonq-Kvan Cənubi Koreyanın Busan Beynəlxalq Film Festivalının sədri vəzifəsindən istefa verib . Bu, icraçı direktor Huh Munyunqun keçən cümə günü istefa ərizəsi verməsindən sonra bir həftə ərzində ikinci yüksək profilli istefadır.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, istefalar BIFF-in keçən həftə Ço Conqkokun Huh ilə birlikdə festivalın büdcə və inzibati əməliyyatlarına nəzarət etmək üçün idarəedici direktor təyin edildiyini elan etməsindən sonra baş verib.
Qeyd edək ki, Huh istefasının səbəblərini açıqlamayıb, lakin Koreya mətbuatı onun bu addımı festivalın idarəetmə rolunu iki şəxs arasında bölüşdürmək qərarından məyus olduğunu üçün atdığını düşünür.
- "Pərdə"nin rejissoru yeni film çəkir - Eksklüziv
- İlğım - Şəhla Nihanın yeni hekayəsi
- Xocalı soyqırımından bəhs edən filmlər nümayiş olunacaq
Xatırladaq ki, BIFF əvvəllər də daxili idarəetmə problemi ilə üzləşib. 2014-cü ildə Koreya bərə qəzası ilə bağlı hökumət siyasətini tənqid edən “The Truth Shall Not Sink With Sewol” sənədli filminin nümayişindən sonra festival Koreya hökuməti tərəfindən hədəf alınıb.