Fələstini dəstəkləyən aktrisa üzr istədi

Fələstini dəstəkləyən aktrisa üzr istədi
4 dekabr 2023
# 11:45

77 yaşlı "Oskar" mükafatlı aktrisa Syuzan Sarandon Nyu-Yorkdakı Fələstinə dəstək aksiyasında səsləndirdiyi fikirlərə görə üzr istəyib.

Kulis.az xəbər verir ki, aktrisa aksiyada “İndi amerikalı yəhudilər tez-tez təzyiqə məruz qalan müsəlmanları daha yaxşı başa düşür" sözlərinə görə Hollivudda boykot olunub və idarə agentliyi onun fəaliyyətini dayandırıb.

Sənətçi bundan sonra üzr istəyib:

"Bu yaxınlarda Qəzzada yaşanan humanitar böhranı işıqlandırmaq və atəşkəs çağırışı etmək istəyən bir qrup fəalla mitinqdə iştirak etdim. Danışmağı planlaşdırmırdım, lakin məni səhnəyə dəvət etdilər. Vəziyyətlə bağlı narahatlığımı çatdırmaq üçün belə dedim. Bu fikir səhv idi. Buna görə təəssüflənirəm".

Sarandon çıxışını bu sözlərlə yekunlaşdırıb:

“Mən bütün insanlara sülh, ədalət və mərhəmət arzu edirəm. Ümid edirəm, bu böhran tezliklə aradan qalxacaq".

# 844 dəfə oxunub

Müəllifin son yazıları

# # #