“Faytonçu Nazim”in son vəziyyəti

“Faytonçu Nazim”in son vəziyyəti
3 fevral 2025
# 10:17

Müğənni Nazim Pişyari (Faytonçu) işemik insult keçirib və xəstəxanaya yerləşdirildikdən sonrakı vəziyyəti açıqlanıb.

Kulis.az xəbər verir ki, ifaçının dostu, aparıcı Kamran Həsənli axşam.az-a açıqlamasında onun səhhətindən danışıb. O bildirib ki, N.Pişyarı özünə gəlib:

"Tam düzəlməsə də, yaxşıdır. Özünə gəlib, danışa bilir. Hələ xəstəxanadadır".

Qeyd edək ki, insult keçirən müğənni küçədə yıxılıb, qapalı kəllə beyin travması da alıb. Nazim bir müddət əvvəl böyrəyindən də əməliyyat olunubmuş. Ona böyrək köçürülməsi edildiyi bildirilib.

# 980 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #