Fatih Altaylının “Youtube” kanalı bloklandı

Fatih Altaylının “Youtube” kanalı bloklandı
8 avqust 2025
# 10:40

Türkiyədə prezidentə hədə-qorxu gəlməkdə ittiham olunaraq həbs olunan jurnalist Fatih Altaylının “Youtube” kanalı bloklanıb.

Kulis.az xəbər verir ki, İfadə Azadlığı Dərnəyinin verdiyi açıqlamaya görə, girişin bloklanması qərarı internet provayderlərinə çatdırılıb.Dünən İstanbul məhkəməsi bununla bağlı qərar qəbul edib.

Məhkəmənin qəbul etdiyi qərar icra olunmaq üçün İnformasiya Texnologiyaları Qurumuna (BTK) göndərilib.

Qeyd edək ki, Altaylının ittihamnamə üzrə ilk məhkəmə prosesi oktyabrın 3-ü baş tutacaq. Əlavə olaraq, kanala hələ də Türkiyədən daxil olmaq mümkündür və hələ də YouTube tərəfindən görünməz hala gətirilməyib.

# 144 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər