"Fateh Sultan Mehmed" medalyonu Dubayda satışda çıxarılacaq

"Fateh Sultan Mehmed"  medalyonu Dubayda satışda çıxarılacaq
11 mart 2026
# 12:25

Renessans dövrünün məşhur sənətçisi Konstanzo da Ferrara tərəfindən hazırlanmış nadir "Fateh Sultan Mehmed" medalyonu Dubayda keçiriləcək hərracda satışa çıxarılacaq.

Kulis.az xəbər verir ki, bürüncdən hazırlanmış və ön hissəsi qızıl örtüklü (tombak) olan bu medalyon ilk tökmə nümunə sayılır və bu formada bilinən yeganə əsər hesab olunur.

1481-ci ilə aid edilən medalyon müəllifi Neapol kralı I Ferdinand tərəfindən Fateh Sultan Mehmedin istəyi ilə İstanbula göndərilmiş məşhur italyan sənətçisi Konstanzo da Ferraradır.

"Arthill" hərrac evinin Dubayda təşkil edəcəyi satış kataloqunun ən diqqətçəkən nümunələrindən biri hesab edilən “Fateh medalyonu” açıq təklif üsulu ilə alıcılara təqdim olunacaq.

Məlumata görə, medalyonun digər nümunələrindən biri 2022-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən 38 min funt sterlinqə satın alınıb. Ümumilikdə bu medalyonun İstanbulda hazırlanmış üç nümunəsinin mövcud olduğu bildirilir.

Qeyd edək ki, "Arthill" ötən ay Osmanlı dövrü saray həyatını əks etdirən 200-dən çox eksponatdan ibarət “Vəzir kolleksiyası”nı da satışa çıxarmışdı. Həmin kolleksiyada saray zinət əşyaları, tuğralı gümüş məmulatlar, medallar və nişanlar, Beykoz şüşələri, tombak əşyalar, saatlar və tarixi silahlar böyük maraq doğurmuşdu.

# 76 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər