Farabi Film Festivalı keçiriləcək

Farabi Film Festivalı  keçiriləcək
26 aprel 2024
# 12:25

29-30 aprel 2024-cü il tarixlərində Əl-Farabi adına Qazax Milli Universitetinin 90 illik yubileyinin qeyd olunması çərçivəsində TÜRKSOY beynəlxalq təşkilatının dəstəyi ilə kino və media fakültələrinin tələbələri üçün ilk dəfə olaraq Farabi Film Festivalı təşkil olunacaq. Festivala tələbələr tərəfindən çəkilmiş qısa sənədli və bədii filmlərin qəbulu aparılıb.

Kulis.az xəbər verir ki, festivalın məqsədi türk dünyası kino sənətini inkişaf etdirmək, rejissorları yeni filmlər yaratmağa həvəsləndirmək, kinosevərlərin diqqətini tələbə işlərinə cəlb etməkdir.

Mükafatlandırma mərasimində “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı təsvir rejissoru”, “Ən yaxşı prodüser”, “Ən yaxşı montaj” nominasiyaları üzrə mükafatlar təqdim ediləcək.

Film festivalında Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Azərbaycan və Türkmənistandan olan tələbələrin, müəllimlərin və kino xadimlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, festival Azərbaycan Respublikasının Kino Agentliyinin təşəbbüsü ilə keçirilir.

# 261 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #