“Fantomas” əsasında film çəkiləcəyi planlaşdırılır.
Kulis.az “gazeta.ru”ya istinadən xəbər verir ki, “SND” studiyası Fransanın məşhur filminin davamını çəkəcəyini bildirib.
1911-ci ildə fransız yazıçıları Marsel Allen və Pier Suvestr tərəfindən yaradılmış “Fantomas” ən məşhur fransız personajlarından biridir. “Fantomas” ilk dəfə 1913-cü ildə Lui Feyad tərəfindən çəkilmiş səssiz kriminal filmi olaraq ekrana çıxıb. Daha sonra, 1964-cü ildə Jan Mare və Lui de Fünesin iştirakı ilə kriminal komediya trilogiyası ekranlaşdırılıb.
Prodüser V.Bejinin sözlərinə görə, “SND” studiyası ilə istehsalı planlaşdırılan növbəti bədii film və serial Fantomasın qaranlıq köklərinə qayıdışı olacaq. Bu, hazırda reallaşması planlaşdırılan ən iddialı layihələrdəndir.