“Faiq, hansı vicdanla bunları dedin?” - Flora Kərimova

“Faiq, hansı vicdanla bunları dedin?” - Flora Kərimova
25 dekabr 2023
# 15:15

“Faiq Ağayevin itirdikləri çox oldu. Arada məni yenidən çimdikləmək istədi. Amma onu yerində otuzdurdum. Taleyim elədir ki, kimsə mənə sataşır. Millət həmin o kimsənin haqqında elə kompromateriallar göndərirlər ki, əlim nəyəsə çatsaydı da, mən o həqiqəti bilməzdim”.

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova “O üz” verilişində deyib. Müğənni illərdir küsülü olduğu həmkarı Faiq Ağayevlə aralarındakı qalmaqaldan danışıb:

"İnanmasam, sübut görməsəm, bütün övladlarımın canına and içirəm ki, ömrümdə ağzımı açmaram. Sən Faiq, hansı vicdanla bunları söylədin? Düşünmədin ki, səni pərt edərəm? Bunu çox yaxşı bacararam...

Balaca bir bağlılığı, sap qədər nazik münasibəti lap qırırsan. Niyə? Niyə bunu etdin, Faiq? Səni nə vadar etdi bunları etməyə?...".

Axşam.az

# 1607 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #