“Əziz ata” tamaşasının premyerası baş tutacaq

“Əziz ata”  tamaşasının premyerası baş tutacaq
8 iyul 2025
# 15:50

Azərbaycan Dövlət YUĞ Teatrında 18 və 19 iyul tarixlərində İsmayıl İmanın pyesi əsasında “Əziz Ata” tamaşasının premyerası baş tutacaq.

Kulis.az xəbər verir ki, mnemonik rekonstruksiya janrlı səhnə əsərində Əməkdar artist Sonaxanım Mikayılova və aktyorlar Amid Qasımov, Günəş Tegin iştirak edir.

Tamaşadakı əhvalatlar illər öncə atanın yox olmasından sonra ana ilə qızın mürəkkəb münasibətləri haqqındadır. Onlar öz münasibətlərinə aydınlıq gətirmək üçün atanı son dəfə gördükləri şəhərkənarı evə qayıdırlar. Bu zaman özləri, bir-biriləri, ata ilə bağlı xatirələr onlar üçün əsl sınağa çevrilir.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor assistenti isə Məryəm Qələndərovadır.

# 105 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #