Əyil, səndən keçim, dünya! - Ağamalı Sadiq

Əyil, səndən keçim, dünya! - Ağamalı Sadiq
12 oktyabr 2023
# 18:00

Kulis.az Ağamalı Sadiqin "Əyil, səndən keçim, dünya!" şeirini təqdim edir.

Dünya, sənin anan ölsün,
Bic oğlu bic dünyasanmış.
Hayıf mənim göz yaşıma,
Sən ki, gülünc dünyasanmış.

Çırpındım, uça bilmədim,
Barından keçə bilmədim.
Elə qapıların oldu,
Qılıqsız aça bilmədim,
Anana ölsün gidi dünya.

Səni deyib gələnə bax,
Gəlir ağlaya-ağlaya.
Səndən dönüb ölənə bax,
Ölür ağlaya-ağlaya.

Bu necə hərəkətdi, dünya?
Bu zəmin kim becərdi?
Kim yedi, tükətdi, dünya?...

Bundan anrı ucalım yox,
Dayanmağa macalım yox,
Yüz dəfə öldüm, dirildim,
Mənən adəməm, acalım yox
Əyil, səndən keçim, dünya!

# 617 dəfə oxunub

Müəllifin son yazıları

# # #