“Evsiz qalmış Ay" ilk nümayişini Beynəlxalq Festivalda edəcək

“Evsiz qalmış Ay"  ilk nümayişini Beynəlxalq Festivalda edəcək
5 aprel 2024
# 14:30

Gənc rejissor Atanur Nəbiyevanın “Evsiz qalmış ay” sənədli filmi İsveçrədə keçiriləcək Visions du Reel Beynəlxalq Film Festivalının “Opening scenes” bölməsində iştirak edəcək.

Kulis.az xəbər verir ki, filmdəki hadisələr rejissorun uşaqlıq günlərini keçirdiyi Avey dağı ərazisində baş verir.

O, illər sonra bu dağda qarşılaşdığı nənə və nəvədə öz uşaqlığını tapır. Şəhər həyatından çox uzaqda olan bu ailə həyatlarını ucqar bir komacıqda keçirir. Nənə və nəvənin hər ikisinin daşıdığı Təzəgül adı onları əhatə edən demək olar ki, səhralaşmış dağ görüntüsü ilə poetik ziddiyyət təşkil edir. Onlar daş karxanaları tərəfindən “udulan” və tədricən “əriyən” bu dağda açan son çiçəklərdir. Nənə ilə nəvə arasında zərif və zamandan azad bir bağ üzə çıxır. Onların bu sadə həyatlarının arxa planında görünən monotonluqdan daha böyük şeylər gizlənir.

“Chai Khana media” tərəfindən istehsal olunan filmin xromometrajı 22 dəqiqədir. Filmin rejissoru, ssenari müəllifi, operatoru və montajçısı Atanur Nəbiyeva, səs rejissoru Vano Arsenişvili, prodüseri Durna Səfərovadır.

2024-cü ildə istehsal olunan filmin dünya premyerası “Visions du Réel” Beynəlxalq Film Festivalı çərçivəsində 16 apreldə baş tutacaq.

Qeyd edək ki, festivalda Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” filmi də iştirak edəcək. film tammetrajlı sənədli filmlər kateqoriyasında yarışacaq.

# 696 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #