Tehran Prokurorluğu məşhur "Etimad" qəzeti və nəşrin redaktoru Abbas Əbdiyə qarşı cinayət işi açıb.
Kulis.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə İranın Məhkəmə-Ədliyyə Təşkilatı məlumat yayıb.
Onlar vətəndaşlar arasında ixtilaf yaratmaqda, yalan və həqiqətə uyğun olmayan yazılar dərc etməkdə günahlandırılıb.
Prokurorluq həm də qəzetin 3 ay müddətinə fəaliyyətinə qadağa qoyub.