Ermitaj bağlandı - Səbəb

Ermitaj bağlandı - Səbəb
15 aprel 2025
# 17:30

Ermitaj muzeyi müvəqqəti bağlanıb.

Kulis.az xəbər verir ki, təhlükəsizliyə təhdidlə bağlı anonim məlumatdan sonra belə bir qərar verilib.

Muzey hadisə ilə bağlı açıqlama yayıb:

"Aprelin 15-də Ermitaja təhlükəsizlik rejiminə təhdid edən anonim məlumat daxil olub. Binalara giriş müvəqqəti olaraq bağlanıb, ekspozisiya zalları və xidməti otaqlar yoxlanılır"

Qeyd edək ki, aprelin 15-i üçün alınmış biletlər başqa gün və ya yoxlama başa çatdıqdan sonra etibarlı olacaq.

# 290 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #