Ərini öldürüb roman yazdı - Yazıçının dəhşətli cinayəti...

Nensi Krempton Brofi, yazıçı, Daniel Brofi, yazıçının həyat yoldaşı

Nensi Krempton Brofi, yazıçı, Daniel Brofi, yazıçının həyat yoldaşı

14 iyun 2022
# 15:40

Məhkəmə Amerikada "Ərimi necə öldürüm" və "Səhv ər" kitabının yazarı Nensi Krempton Brofi barəsində qərarı açıqlayıb.

Kulis.az xəbər verir ki, həyat yoldaşı Deniel Brofini öldürdüyü təsdiqlənən yazar barəsində ömürlük həbs qərarı qəbul olunub. Amma onun 25 ildən sonra şərti azadlığa çıxmaq hüququ əlindən alınmayıb. Müvafiq qərarı ABŞ-ın Oreqon ştatının məhkəməsi verib.

Qeyd edək ki, 2018-ci ildən həbsxanada olan Nensi cinayətin işləndiyi silahı romanlarındakı gerçəkliyi artırmaq üçün aldığını və kitabın yazılmasına vasitə olduğunu söyləyib.

# 1730 dəfə oxunub

Müəllifin son yazıları

# # #