"Ər və arvad" operettası yenidən səhnədə

"Ər və arvad"  operettası yenidən səhnədə
12 sentyabr 2023
# 14:28

Sentyabrın 16-da Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu rəssamı, Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterlər Zakir Ağayev, Yelena Ağayeva və tamaşanın xormeysteri isə Vaqif Məstanovdur.

Tamaşanın yeni redaktəsi və orkestrləşdirilməsi Əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsusdur. Səhnə əsərinin quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.

Qeyd edək ki, 1909-cu ildə Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış və Şərqin ilk operettası olan “Ər və arvad” ilk dəfə 1910-cu ildə tamaşaya qoyulub.

# 1045 dəfə oxunub

Müəllifin son yazıları

# # #