"Ən yaxşı esse" müsabiqəsinin qalibləri mükafatlandırıldı

"Ən yaxşı esse" müsabiqəsinin qalibləri mükafatlandırıldı
23 may 2024
# 10:18

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində məşhur fantastika yazıçısı Yevgeni Voyskunskinin “Mümkünsüzlük formulu” hekayəsi əsasında keçirilmiş növbəti ən yaxşı esse müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir təşkil edilib.

Kulis.az xəbər verir ki, müsabiqənin məqsədi məktəblilər, tələbələr, müəllimlər və mütəxəssislər arasında yaradıcı düşüncənin inkişafı və bu istiqamətdə motivasiyanın formalaşdırılması olub.

Çıxışlardan sonra müsabiqənin qaliblərinin və iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə iştirakçılara məşhur yazıçının məzunu olduğu Bakı şəhəri 1 nömrəli orta məktəbin şagirdlərinə müsabiqədə fəal iştiraka görə diplom və sertifikatlar verilib.

# 564 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #