Məşhur reper Eminem Respublikaçılar Partiyasının prezidentliyə namizədi, milyonçu Vivek Ramasvamidən seçki kampaniyasında "Lose Yourself" mahnısından istifadə etməməyi tələb edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, İfaçıların Hüquqlarının Müdafiəsi Agentliyi (BMI) bildirib ki, Ramasvaminin artıq sözügedən mahnıdan istifadə etməsinə icazə verilməyəcək.
Qeyd edək ki, "Lose Yourself" reperin baş rolu canlandırdığı "8 mil" filminin saundtrekidir.