Xalq artisti Emin Ağalarov yenidən "Qızıl qrammafon" mükafatını alıb.
Kulis.az xəbər verir ki, Moskvada 27-ci Rusiya musiqi mükafatı baş tutub.
Gecədə müğənni “На обратной стороне” hitinə görə mükafata layiq görülüb.
Qeyd edək ki, bu, Eminin aldığı sayca dördüncü “Qızıl qrammofon”dur. İlk üçünü isə ifaçı “Mən hamıdan yaxşı yaşayıram”, “Qızım” və “Burax və uç” mahnılarına görə alıb.