Əməkdar artistin vəziyyəti pisləşdi

Tünzalə Əliyeva, Əməkdar artist

Tünzalə Əliyeva, Əməkdar artist

5 noyabr 2022
# 10:20

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın ("Toppuş bacı") şiş artıq beyninə yayılıb.

Kulis.az xəbər verir ki, bu barədə aktrisa Ülviyyə Əliyeva sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, həmkarının səhhəti yaxşı deyil:

"Vəziyyəti yaxşı deyil. 2-3 gün əvvəl həkimdə oldu. Analizlərdən məlum oldu ki, metastaz artıq beyninə verib. Yenidən kimyaterapiyaya başlayacaq. Hamınızdan dua istəyirəm. Allah onu övladına bağışlasın".

Qeyd edək ki, aktrisa beş ildir xərçəngdən müalicə alır.

# 2984 dəfə oxunub

Müəllifin son yazıları

# # #