Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi
20 dekabr 2021
# 23:53

Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Elşən Çarhanlı vəfat edib.

Bu barədə kulis.az-a teatrın mətbuat xidmətinin katibi Pərvin Nurəliyeva xəbər verib. O, bildirib ki, aktyor gecə saatlarında qəfildən dünyasını dəyişib.

Elşən Çarhanlı teatrda fəaliyyət göstərdiyi dövrdə "Hamlet", "Anamın kitabı", "Onun iki qabırğası", "Əlincə qalası", "Yatmış gözəl", "Aydın", "Ölülər", "Mən səni sevirəm" adlı tamaşalarda maraqlı obrazlar yaradıb.

Allah rəhmət etsin.

# 5971 dəfə oxunub

Müəllifin son yazıları

# # #