Əməkdar artist Vahid Əliyev xəstəxanadan evə buraxıldı

Əməkdar artist Vahid Əliyev xəstəxanadan evə buraxıldı
2 iyun 2025
# 12:27

Bir müddət əvvəl ağciyər çatışmazlığı səbəbilə xəstəxanaya yerləşdirilən Əməkdar artist Vahid Əliyev artıq evə buraxılıb.

Kulis.az xəbər verir ki, bu barədə Lent.az-a danışan aktyor vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

Vahid Əliyevin sözlərinə görə, səhhəti ümumilikdə yaxşıdır, lakin ciyərində hələ də müəyyən ağrılar qalmaqdadır:

“Həmin ağrılara görə, analiz vermişəm və nəticələrini gözləyirəm”.

# 132 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #