Əməkdar artist dünya çaplı medalla təltif olundu

Suğra Bağırzadə, Əməkdar artist

Suğra Bağırzadə, Əməkdar artist

12 yanvar 2022
# 13:50

Əməkdar artist Suğra Bağırzadə “Leonardo Da Vinci” medalı ilə təltif olunub.

Bu barədə APA-ya “Azərbaycanfilm” kinostudiyasından bildirilib.

O, “Leonardo Da Vinci” medalına BMT-nin İctimai Mükafatlar Şurası (UNCOPA) tərəfindən dünya mədəniyyətinə xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, S.Bağırzadə "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısıdır. O, bundan əvvəl də mədəniyyət və incəsənət sahəsinə verdiyi töhfələrə görə “Tərəqqi” medalına və bir çox beynəlxalq mükafatlarla təltif olunub.

# 1907 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #