"Əmək haqqı narkotik kimidir..." - Al Paçinodan 10 məsləhət

"Əmək haqqı narkotik kimidir..." - Al Paçinodan 10 məsləhət
30 yanvar 2024
# 15:20

Dünya şöhrətli Hollivud ulduzu Al Paçino son müsahibəsində bütün insanlara çağırış edib.

84 yaşlı aktyor ömrünün bu çağında özünü həyat təcrübəsini paylaşmağa borclu hesab etdiyini deyib.

Kulis.az onun 10 vacib fikrini təqdim edir.

1. Əmək haqqı narkotik kimidir. Onu sizə verirlər ki, arzularınız barədə unudasınız.

2. Əgər uyğun anın gəlməsini gözləyəcəksinizsə, günü-günə satıb, qiymətli zamanınızı itirəcəksiniz.

3. Hətta ən güvəndiyiniz dostlarınıza və qohumlarınıza da özünüz barədə heç nə deməyin.

4. Həyatınız yaxşılaşdıqca dostlarınızın 99 faizini itirəcəksiniz. Sizi qısqanacaqlar.

5. Valideynlərinizi sizə yaşatdıqları travmalara görə bağışlasanız, daha xoşbəxt yaşayacaqsınız.

6. Hər insanı, hər hadisəni qəlbinizə yaxın buraxmasanız daha kamil düşünəcəksiniz.

7. Sizə çoxlu kitab oxumaq yox, özünü yetişdirmək lazımdır.

8. Yer üzündə ən çətin şey arzuları hədəf alıb getmək, ən asan şey şikayətlənməkdir.

9. Ətrafınızdakı dostlarınız pul qazanmaq barədə düşünürlərsə, bu sizi də inkişaf etdirəcək.

10. İnsanlar tək qalmaqdan qorxduqları üçün toksik münasibətlərini davam etdirirlər. Bunun adı fədakarlıq deyil.

# 982 dəfə oxunub

Müəllifin son yazıları

# # #