Elza Seyidcahan: "10 ildir festivallara eyni adamları çağırırsınız"

Elza Seyidcahan:  "10 ildir festivallara eyni adamları çağırırsınız"
9 may 2026
# 14:35

"Sənətə yetəri qədər dövlət qayğısı var: musiqi festivalları keçirilir. Dahi şairlərə tədbirlər həsr edilir: Nizami, Nəsimi ili, Vaqifin poeziya günü. Tədbirləri təşkil edənlər 10 il festivala eyni adam necə çağırır?".

Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seydicahan "Biznes TV"də qonaq olarkən deyib.

Müğənni festivallara dəvət olunmadığını deyərək, şikayət edib:

"Bu 10 ildə yeni insanlar inkişaf etmir? Ailədə inciklik olar, mən də ailənin üzvüyəm, inciyirəm. Ailədə ana bacıya 10 gün şokolad alanda digəri inciyər. Biz də bu vətənin övladlarıyıq, sizdən çox çalışırıq. Nə olar ki, gəlib qapı döymür, nəsə demirik. Demirik, bizi çağırın. Axı siz bizi görürsünüz".

# 129 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər