"Dumanda", "Buqələmun", "Qaranlıqdan reportaj", "Biləsuvar" adlı bir-birindən maraqlı və fərqli filmlərin müəllifi rejissor Elvin Adıgözəl yeni filmin çəklişlərinə başlayır.
Kulis.az xəbər verir ki, müstəqil kinonun nümayəndəsi kimi fəaliyyət göstərən rejissorun bu filmi uzunmetrajlı ekran işi olacaq.
Xatırladaq ki, filmdə rejissor asisstenti işləmək istəyən, qəlbində kino sevgisi olan və müəyyən şərtlər daxilində heç bir maddi marağı olmayan hər kəs özü barədə məlumatı bu emaila göndərə bilər. [email protected]