Elşad Baratın şeirlər kitabı Mərdəkanda təqdim edildi

Elşad Barat, şair

Elşad Barat, şair

19 aprel 2022
# 19:00

Bu gün Elşad Baratın şəhid Əmir Kazımov haqqında yazdığı Ölumsüzlər adlı kitab 230 nömrəli tam orta məktəbdə təqdim edilib.

Kulis.az xəbər verir ki, tədbirin bədii hissəsində məktəb şagirdləri Elşad Baratın şeirlərini səsləndiriblər. Kiçik tamaşalar göstəriblər. Daha sonra məktəb rəhbərliyi, rayonun ziyalıları və müəllif çıxış edib. Əmir Kazımovun əziz xatirəsinə həsr olunmuş kitab yüksək qiymətləndirib.

Sonda şəhid Əmir Kazımovun atası Hacı İlham Kazımov çıxış edərək müəllifə, tədbir iştirakçılarına və kitabın çap xərclərini üzərinə götürmüş iş adamı Sadiq Cəfərova təşəkkürünü bildirib.

# 1422 dəfə oxunub

Müəllifin son yazıları

# # #