Elman Rəfiyev: "Ölkədən çıxışıma qadağa qoyulub"

Elman Rəfiyev:  "Ölkədən çıxışıma qadağa qoyulub"
5 iyul 2024
# 14:53

Əməkdar artist, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev “Green Card” udub.

Kulis.az xəbər verir ki, bu barədə Lent.az-a aktyor özü məlumat verib:

““Green Card” udsam da Amerikaya köçmək niyyətim yoxdur. Orada qızım və nəvələrim yaşayır. Bu kart vasitəsilə ABŞ-a rahat gediş-gəliş imkanı əldə edə bilərdim. Lakin mənim ölkədən çıxışıma yasaq qoyulduğu üçün, görünür, bu imkandan istifadə edə bilməyəcəm. Artıq sənədləşmə müddətinin başa çatmasına çox az qalıb”.

# 1006 dəfə oxunub

Müəllifin son yazıları

# # #