Əlisəmid Kürün şeirləri gürcü ədəbiyyat portalında

Əlisəmid Kür, şair

Əlisəmid Kür, şair

10 iyun 2022
# 16:00

Gürcüstanın populyar “Axali saunce” (“Yeni xəzinə”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Əlisəmid Kürün gürcü dilinə tərcümə olunmuş “Kentavr ”, “Oğlum xan Eyvaz yaşında”, “Qan-tər içində”, “Bu vətən tütün kimidir...” şeirlərinin yayımına başlayıb.

Kulis.az xəbər verir ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin gürcü dilinə tərcümə müəllifi – tanınmış şair-tərcüməçi İmir Məmmədlidir.

Qeyd edək ki, Gürcüstanın Mədəniyyət, Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən portal mütəmadi olaraq səhifələrində Çarlz Dikkens, Vladimir Mayakovski, Velimir Xlebnikov, Harold Pinter, Rolan Bart, Olqa Tokarçuk, İtalo Kalvino kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

# 1331 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #